İndoneziya ilə iqtisadi əlaqələr genişlənir - FOTO

İndoneziya ilə iqtisadi əlaqələr genişlənir - FOTO
09 İyul 2021 15:07


İqtisadiyyat naziri Mikayıl Cabbarov İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidlə görüşüb.

Nazirlikdən realpress.az-a verilən məlumata əsasən, nazir səfiri yeni təyinatı münasibətilə təbrik edib, fəaliyyətinin ikitərəfli əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb.

Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı İndoneziyanın qətiyyətli mövqeyinin, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. İqtisadiyyat naziri Azərbaycanın İndoneziya ilə əlaqələrin genişlənməsində maraqlı olduğunu, əməkdaşlığın inkişafı üçün müqavilə-hüquq bazasının gücləndirilməsinin önəmini diqqətə çatdırıb.

Görüşdə qeyd edilib ki, ticarət ölkələrimiz arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindəndir. 2021-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın İndoneziya ilə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 64 faiz artaraq 27 milyon ABŞ dolları təşkil edib. Bununla belə, qarşılıqlı ticarətin artırılması üçün daha geniş imkanlar var.

Səfir Hildi Hamid iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, İndoneziya şirkətlərinin nəqliyyat və tekstil sahələrində, işğaldan azad edilmiş ərazilərimizin bərpası məqsədilə həyata keçiriləcək layihələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Tərəflər sənaye, kənd təsərrüfatı, İKT, kiçik və orta biznes, turizm, idman və s. sahələrdə əlaqələrin inkişafı, qarşılıqlı ticarət dövriyyəsinin artırılması, iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupun yaradılması, biznes dairələri arasında qarşılıqlı əlaqələrin qurulması, Azərbaycanda və İndoneziyada keçiriləcək beynəlxalq sərgilərdə hər iki ölkənin sahibkarlarının iştirakı, biznes forum formatında Azərbaycan-İndoneziya işgüzar görüşünün keçirilməsi barədə müzakirələr aparıblar.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.