Mahir Emreli: “Rəsmi oyunlarda tam fərqli hiss edirəm”

Mahir Emreli: “Rəsmi oyunlarda tam fərqli hiss edirəm”
08 İyul 2021 09:59


“Legiya”nın heyətində ilk rəsmi oyununda uğurlu çıxış edən Mahir Emreli oyun barədə təəssüratlarını bölüşüb.

Bu barədə “Legiya”nın rəsmi saytında məlumat dərc olunub.

“Çox sevincliyəm. Yoxlama oyunlarında fərqlənmişdim, ancaq rəsmi oyunlarda tam fərqli hiss edirəm. Bu oyun barədə unudub, yenidən bizim stadionda qarşılaşmağa hazır olmaq lazımdır. Varşavada sizə ən yaxşı oyunu göstərməyə ümid edirik.

“Cavab qarşılaşmasında atmosfer və şərtlər tamamilə fərqli olacaq. Çətin oyun olacaq, yaxşı hazırlaşmalı və var gücümüzlə çalışmalıyıq”, - deyə M.Əmrəli bildirib.

Xatırladaq ki, 24 yaşlı hücumçu Çempionlar Liqasının birinci təsnifat mərhələsinin “Budö/Qlimt”lə qarşı birinci oyununda yeni komandası ilə ilk rəsmi oyununa çıxıb. Forvard Norveçdəki səfər oyununa start heyətində başlayıb. O, erkən qola sevinən “Legiya”nın ikinci topuna 41-ci dəqiqədə imza atıb. Fasilə ərəfəsində skandinaviyalılar fərqi azaltsa da, Mahir ikinci hissədə də qol sevinci yaşayıb. O, 61-ci dəqiqədə dubl edib.

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.