“Neftçi” Tbilisidən qələbə ilə dönür - YENİLƏNİB+VİDEO

“Neftçi” Tbilisidən qələbə ilə dönür - YENİLƏNİB+VİDEO
08 İyul 2021 09:26


“Neftçi” 7 il sonra ilk dəfə çıxdığı Çempionlar Liqası oyunundan qələbə ilə ayrılıb.

ÇL-nin birinci təsnifat mərhələsinin ilk oyununda səfərdə Tbilisi “Dinamo”su ilə qarşılaşan paytaxt təmsilçisi 2:1 hesablı qələbə qazanaraq həm uzun müddət sonra Avropanın ən nüfuzlu klub turnirində qələbəyə sevinib, həm də evdə keçirəcəyi cavab oyunu öncəsi önəmli üstünlük qazanıb. 

“Neftçi”nin heyətində Namiq Ələskərov və Emin Mahmudov fərqlənib. 

21:17

“Neftçi” yenidən hesabda önə keçib. 

Qarşılaşmanın 56-cı dəqiqəsində Emin Mahmudov özünə qarşı edilmiş kobudluqdan sonra təyin edilmiş penaltini ikinci cəhddə qola çevirib. 

Belə ki, onun ilk zərbəsini gürcü qapıçı tutsa da, hakim qapıçının oyun qaydalarını pozduğunu əsas gətirərək zərbəni təkrarladıb. 

Kapitan bu dəfə dəqiq olub. 

21:04

“Dinamo” - “Neftçi” oyununda ikinci hissə başlayıb. 

Hazırda oyunda hesab bərabərdir - 1:1.

20:50

“Dinamo” - “Neftçi” oyununda ilk hissə başa çatıb. 

İlk 45 dəqiqə ərzində komandalar hərəyə bir dəfə fərqləniblər. 

20:37

“Dinamo” “Neftçi” ilə oyunda hesabı bərabərləşdirib. 

Matçın 36-cı dəqiqəsində Maruşiç komandasının bərabərlik qolunu vurub. 

20:25

“Neftçi” möhtəşəm qolla hesabı açıb. 

Qarşılaşmanın 23-cü dəqiqəsində komandamızın hücumçusu Namiq Ələskərov uzaqdan möhtəşəm aşırma zərbə ilə "Neftçi"ni səfərdə önə keçirdi. 

Oyun davam edir.

20:01

Azərbaycan çempionu “Neftçi” Çempionlar Liqasının I təsnifat mərhələsində ilk oyununa çıxıb. 

Rəqib Tbilisini təmsil edən “Dinamo” klubudur.

Oyunda start fiti səslənib. 


19:49

Gürcüstanın paytaxtı Tbilisidə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək “Dinamo” və “Neftçi”nin start heyətləri açıqlanıb. 

Komandalar meydana aşağıdakı “11-lik”lə çıxacaqlar:

“Dinamo”: 30. Roin Kvasxvadze, 6. Bakar Kardava, 8. Milan Radin, 9. Giorgi Qabedava, 12. Levan Xarabadze, 15. Giorgi Papava (kap.), 19. Simon Qbeqnon, 21. Giorgi Kutsiya, 22. Fabian Sporkslede, 32. Zoran Maruşiç, 39. Saba Xvadagiani

Ehtiyat oyunçular: 13. Omar Migineişvili, 3. Aleksandre Kalandadze, 5. Davit Koburi, 17. Tornike Axvlediani, 18. Barnes Osei, 24. Nodar İaşvili, 25. Tornike Morçiladze, 27. Anzor Mekvabişvili, 38. Nodari Kavtaradze

Baş məşqçi: Kaxaber Tsxadadze

“Neftçi”: 30. Aqil Mammadov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 7. Namik Ələskərov, 8. Emin Mahmudov (kap.), 10. Sezar Meza Kolli, 11. Harramiz Suareş, 20. Mert Çelik, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 36. Mamadu Kane

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbazadə, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov

Baş məşqçi: Samir Abasov

Zaur Xudiyev


09:38

Bu gün Azərbaycan çempionu “Neftçi” Çempionlar Liqasının I təsnifat mərhələsində ilk oyununa çıxacaq. 

realpress.az xəbər verir ki, rəqib Gürcüstanın paytaxtı Tbilisini təmsil edən “Dinamo” klubudur. 

Bakı vaxtı ilə 20:00-da başlayacaq qarşılaşma Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək. 

Tərəflər buna qədər heç bir rəsmi turnirdə üz-üzə gəlməyib. Yeddi illik fasilədən sonra Çempionlar Liqasına qayıdan “ağ-qaralar” bu oyunda qələbə qazansa, növbəti mərhələdə Yunanıstanın “Olimpiakos” kollektivi ilə qarşılaşacaq. 

Qarşılaşmada məğlub olacaq tərəf gücünü UEFA Konfrans Liqasında sınamalı olacaq. 

Oyunda baş hakim funksiyasını İsraildən olan David Fuksman yerinə yetirəcək. 

Bundan başqa, bu gün “Qarabağ” klubunun sabiq hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa “Leqiya”sı da Çempionlar Liqasının birinci təsnifat mərhələsində ilk oyununa çıxacaq. Polşa təmsilçisi bu mərhələdə Norveçin “Budö/Qlimt” klubu ilə üz-üzə gələcək. Bu görüş də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Zaur Xudiyev


19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.