Ceyhun Bayramov Ermənistana səsləndi: “Münasibətlər qarşılıqlı olmalıdır”

Ceyhun Bayramov Ermənistana səsləndi: “Münasibətlər qarşılıqlı olmalıdır”
19 İyun 2021 16:14


“Cənubi Qafqazdakı cari vəziyyət yeni imkanlar, yeni təhlükəsizlik paradiqması yaradıb”.

realpress.az-ın məlumatına əsasən, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda “Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda keçirilən müzakirələrdə deyib.

O bildirib ki, regionda sülh və təhlükəsizlik hərtərəfli əməkdaşlıq platformasından asılıdır.

Nazir qeyd edib ki, 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanatdan sonra Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün praqmatik addımlar atıb.

C.Bayramov Bakının humanitar addımlarına diqqət çəkərək Gorus-Qafan yolunun 21 kilometrinin Azərbaycan ərazisindən keçdiyini də xatırladıb.

Nazir onu da xatırladıb ki, Azərbaycan üzərindən Ermənistana Rusiya qazı ixrac olunub.

“Biz münasibətlərin normallaşmasından danışırıq, çünki artıq işğal faktı yoxdur. Biz təkliflərimizi veririk, lakin bu, qarşılıqlı olmalıdır”,-deyə C.Bayramov əlavə edib.


23 Apr 2024
Siyasət

Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”

“Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir.

23 Apr 2024
Siyasət

İlham Əliyev: “Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır”

“Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır”.

23 Apr 2024
Siyasət

Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”

“Artıq söylədiyim kimi, “Dağlıq Qarabağ” amili artıq yoxdur. Onlar (ermənilər – red.) onun sülh sazişində olmamasına razılaşıblar. Bu o deməkdir ki, əsas maneə artıq mövcud deyil”.

23 Apr 2024
Siyasət

Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”

“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik”.