Teymur Rəcəbov iranlı şahmatçıya qalib gəldi

Teymur Rəcəbov iranlı şahmatçıya qalib gəldi
19 İyun 2021 16:07


Parisdə Azərbaycan şahmatçısı Teymur Rəcəbovun da qatıldığı nüfuzlu “Grand Chess Tour” yarışının ikinci mərhələsinin ilk 3 turu keçirilib.

Şahmatçımız ilk qarşılaşmada Levon Aronyanla (Ermənistan) heç-heçə edib. Sonrakı görüşdə fransalı Maksim Vaşye-Laqrava uduzan T.Rəcəbov iranlı Alireza Firuzcaya qarşı keçirdiyi günün son qarşılaşmasını qələbə ilə başa vurub.

Turnir iştirakçıları üç gün ərzində rapid üzrə görüşlər keçirəcəklər. İyunun 21-də isə blits turniri baş tutacaq.

“Grand Chess Tour”da şahmatçımız və adıçəkilən rəqiblərindən başqa, Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Etien Bakrot (Fransa), Riçard Rapport (Macarıstan), Yan Nepomnyaşi, Vladimir Kramnik və Peter Svidler (hər üçü Rusiya) iştirak edirlər.)

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

25 Apr 2024
Cəmiyyət

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 25 aprel - Sahibkarlar Günü ilə bağlı iş adamlarını təbrik edib.