Azərbaycanlı güləşçi Avropa çempionatında erməni rəqibinin kürəyini yerə vurdu

Azərbaycanlı güləşçi Avropa çempionatında erməni rəqibinin kürəyini yerə vurdu
18 İyun 2021 14:46


Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.

realpress.az xəbər verir ki, yarışın beşinci günündə Azərbaycanın üç yunan-Roma güləşçisi mübarizəyə qoşulub.

Bunlardan 65 kq çəki dərəcəsində çıxış edən Kənan Abdullazadə 1/8 finalda Ermənistan təmsilçisi Aşot Xaçatryanla üz-üzə gəlib. İdmançımız rəqibinə 7:3 qalib gəldiyi görüşdə onu “tuşe” (kürəyini döşəyə sıxma) ilə məğlub edib və növbəti mərhələyə adlayıb. O, 1/4 final mərhələsində gürcü əsilli İmed Xudzadze (Ukrayna) ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa çempionatında daha əvvəl sərbəst güləşçilərdən Musa Verdiyev (48 kq), Cavid Cavadov (51 kq) və Abdulrəhman İbrahimov (60 kq) gümüş, Yusif İsparov (45 kq) isə bürünc medal qazanıb.

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.