Masazırda Şəhidlər bulağının açılışı oldu

Masazırda Şəhidlər bulağının açılışı oldu
17 İyun 2021 15:50


Bu gün Abşeron rayonunun Masazır kəndində 44 günlük müharibə zamanı şəhidlik zirvəsinə yüksələn kənd sakinləri Dövlətov Zaur Zakir oğlu və Hüseynov Elxan Maarif oğlunun xatirəsinə inşa edilmiş Şəhidlər bulağının açılışı olub. 

realpress.az xəbər verir ki, mərasimdə Abşeronun icra başçısı İradə Gülməmmədova və məsul şəxsləri, yerli bələdiyyə və Hərbi Komissarlıq nümayəndələri, Zaur Dövlətovun bitirdiyi 2 nömrəli Xırdalan orta məktəbinin şagirdləri, şəhidlərin doğmaları, kənd sakinləri iştirak ediblər. 

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, xatirə abidəsindən örtük götürülüb. 

Qeyd edək ki, Şəhidlər bulağı üzərində quraşdırılan lövhədə Birinci və İkinci Qarabağ müharibələri, eləcə də 2016-cı il aprel və 2020-ci il Tovuz döyüşləri zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən digər şəhidlərdən də bir neçəsinin fotoları əks olunub.

23 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.