Beş Milli Qəhrəmanın qəbirüstü abidəsi bərpa edildi - ÖZƏL

Beş Milli Qəhrəmanın qəbirüstü abidəsi bərpa edildi - ÖZƏL
17 İyun 2021 13:14


Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən rayonun 5 milli qəhrəmanı üçün hazırlanan məzar daşları yerində bərpa edilib. 

realpress.az-ın məlumatına görə, proseslər yaradılan Qubadlı Rayon İcra Hakimiyyətində yaradılan yeni Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Emin Əliyevin nəzarəti altında həyata keçirilib. 

Qubadlıdan olan beş Milli qəhrəman - Əliyev Əliyar Yusif oğlunun qəbirüstü abidəsi Qəzyan kəndində, Əliyev Vasiliy Əhməd oğlunun qəbirüstü abidəsi Qubadlı şəhərində, Məmmədov Aqil Səməd oğlunun qəbirüstü abidəsi Qubadlı şəhərində, Ağayev Bəylər Tapdıq oğlunun qəbirüstün abidəsi Qarağac kəndində, Mirzəyev Kərəm Ərşad oğlunun qəbirüstü abidəsi isə Xanlıq kəndində dəfn olunduğu yerdə məzarının üzərinə qoyulub.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

19 Apr 2024
Cəmiyyət

Kəlbəcər dağlarının əhatəsində futbol keyfi - VİDEO

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin futbol oynamaları diqqət çəkib.

19 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbara və qumbaraatan aşkarlayıblar.