Şəhid Nicat Şükürlünün büstü açıldı - FOTO

Şəhid Nicat Şükürlünün büstü açıldı - FOTO
10 İyun 2021 15:33


Səbaildə şəhid Nicat Şükürlünün büstünün açılış mərasimi keçirilib.

Bu barədə realpress.az-a Səbail Rayon İcra Hakimiyyətindən məlumat verilib. 

Bildirilib ki, iyunun 10-da Bayıl yaşayış sahəsi, A.Nəsirov küçəsi 5 ünvanında yerləşən 49 nömrəli məktəb-liseydə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmancasına şəhid olan Nicat Şükürlünün büstünün açılış mərasimi keçirilib.

Tədbirdə Səbail RİH başçısı Vuqar Zeynalov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, millət vəkili Nigar Arpadarai, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinin rəisi Rövşən Əliyev, Səbail Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlı, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Səbail rayonu üzrə şöbəsinin sədri İpək İsmayılova, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailəsi, şəhidin əsgər yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə, Vətən müharibəsində həlak olmuş şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və şəhidin büstü önünə gül dəstələri qoyulub.

Xatırladaq ki, şəhid Şükürlü Nicat Ayaz oğlu Səbail rayonunda doğulub, 1998-2009-cu illər ərzində 49 saylı məktəb-liseydə, 2014-2019-cu illərdə Slavyan Universitetinin Beynəlxalq münasibətlər fakültəsində ali təhsil alıb, döyüşlərə 29 yaşında qatılan şəhid subay idi. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Nicat Şükürlü Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə düşmən mərmisinə tuş gələrək oktyabrın 12-də şəhidlik zirvəsinə ucalıb.

Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. O, Badamdar qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn olunub.


17 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Hava Qüvvələri Naxçıvanda təlim keçib, şərti düşmən məhv edilib

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib.

17 Apr 2024
Cəmiyyət

Qazaxda Aqrar Biznes Festivalı keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və Sahibkarlığın İnkişafı Fondu, İstehlak Mallarının Ekspertizası Mərkəzi və Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə Qazaxda Aqrar Biznes Festivalı keçirilib.

17 Apr 2024
Cəmiyyət

Azərbaycanda lisey və gimnaziyaların sayı artırılacaq

“2014-cü ildən başlayaraq təhsil sistemində olimpiadalara yeni yanaşma tətbiq olundu. Sonrakı mərhələdə istedadlı uşaqların müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirildi”.

17 Apr 2024
Cəmiyyət

Sabah 28 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

17 Apr 2024
Cəmiyyət

Milli Məclisdə dinləmə keçirilir

Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin "Sağlam ailə modelinin hüquqi aspektləri-Yaşıl dünya müstəvisində" movzusunda dinləmə keçirilir.