Bu gün Vətən müharibəsi şəhidi Sultanov Nurlan Yaşar oğlunun doğum günüdür.
realpress.az-ın məlumatına görə, şəhidimiz 1999-cu ilin mayın 31-də Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olub.
O, 2019-cu ilin oktyabr ayında hərbi xidmətə yollanıb. Müharibədə əvvəl Xocavənd və Füzuli, sonra isə Cəbrayıl və Qubadlıda döyüşlərdə iştirak edib.
2020-ci il noyabrın 3-də Qubadlıda şəhid olub.
N. Sultanov hələ körpə olarkən atasını itirib. Anası və qardaşı ilə birlikdə yaşayıb.
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.