Azərbaycanlı şahmatçılar ilk dəfə bitkoin üçün mübarizə aparacaq - FOTO/VİDEO

Azərbaycanlı şahmatçılar ilk dəfə bitkoin üçün mübarizə aparacaq - FOTO/VİDEO
18 May 2021 09:33


Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun altıncı mərhələsinin bütün iştirakçıları açıqlanıb.

realpress.az xəbər verir ki, 23-31 may tarixlərində baş tutacaq əsas mərhələ “Kripto Kuboku” (“FTX Crypto Cup”) adlanacaq. Onlayn yarışda yenə Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov mübarizə aparacaq.

Azərbaycan təmsilçiləri və norveçli dünya çempionundan başqa, digər 13 şahmatçı bunlardır: Maksim Vaşye-Laqrav (Fransa), Dinq Liren (Çin), Hikaru Nakamura, Fabiano Karuana, Vesli So (hər üçü ABŞ), Aleksandr Qrişuk, Yan Nepomnyaşi, Daniil Dubov, Pyotr Svidler (hamısı Rusiya), Levon Aronyan (Ermənistan), Aniş Qiri (Niderland), Əlirza Firuzca (FIDE), Alan Piçot (Argentina).

Bu mərhələdə ilk dəfə dünyanın Top-10 şahmatçısı mübarizə aparacaq. Məsələn, reytinqdə dünya ikincisi Fabiano Karuana ilk dəfə bu yarışa qatılacaq. Turnirin daha bir ilki mükafat fondunun daha yüksək – 320 min dollar dəyərində olmasıdır. Bunlardan 220 mini pul, 100 mini bitkoindir. Dünya şahmat tarixində ilk dəfə mükafatçılara bitkoin verilməsi məhz bu turnirdə baş tutacaq.

Təbii ki, bütün gözlər mayın 23-də II tur çərçivəsində keçiriləcək Maqnus Karlsenlə Yan Nepomnyaşinin görüşündə olacaq. Çünki bu ikili noyabrda dünya çempionu olmaq üçün mübarizə aparacaq.

Teymur Rəcəbov ilk turda Hikaru Nakamura ilə, Şəhriyar Məmmədyarov isə Maqnus Karlsenlə qarşılaşacaq. Hər gün görüşlər Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.