Ləğv edilmiş bankların əmanətçilərinin NƏZƏRİNƏ: Ərizə qəbulu müddəti başa çatdı

Ləğv edilmiş bankların əmanətçilərinin NƏZƏRİNƏ: Ərizə qəbulu müddəti başa çatdı
17 May 2021 17:30


Lisenziyası ləğv edilmiş “AGBank” və “NBCBank” ASC-nin əmanətçilərinin agent banklar tərəfindən ərizə qəbulunun müddəti başa çatdı.

Əmanətlərin Sığortalanması Fondundan realpress.az-a verilən məlumatda bildirilir ki, ilkin olaraq 16 iyun 2020-ci il tarixindən başlayaraq “AGBank” ASC və “NBCBank” ASC-də 30 min manat ekvivaləntinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların 15 iyul 2020-ci il tarixindən başlayaraq isə 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə də kompensasiyaların verilməsinə başlanıb.

Əmanətçilərin kompensasiya ödənişi üçün ərizələrinin qəbul edilməsi ilə bağlı elanının ilk dəfə dərc edildiyi gündən bir il ötməsini nəzərə alaraq, 16 may 2021-ci il tarixindən etibarən sözügedən ləğv prosesində olan bankların əmanətçilərinin ərizə qəbulunun müddəti bitib.

Qeyd edək ki, ötən ilin iyun ayının 16-dan cari ilin may ayının 16-dək “AGBank” ASC-nin 4 min 803 əmanətçisinə 121 milyon 055 min 519 manat (ümumi kompensasiya öhdəliyinin 90,32 faizi), “NBCBank” ASC-nin 4 min 249 əmanətçisinə 133 milyon 213 min 682 manat (ümumi kompensasiya öhdəliyinin 97,13 faizi), hər iki bank üzrə isə toplam 9 min 052 əmanətçiyə 254 milyon 269 min 201 manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Yuxarıda adı çəkilən ləğv prosesində olan bankların əmanətçilərinin kompensasiya ödənişi üçün müraciətlərinin müddətinin uzadılması ilə bağlı müvafiq sənədlərlə birlikdə ərizələrinin qəbulu artıq Əmanətlərin Sığortalanması Fondunun baş ofisində (Babək prospekti 16 ünvanında) həyata keçiriləcək.

Xatırladaq ki, lisenziyası ləğv edilmiş “Atabank” ASC və “Amrahbank” ASC-nin əmanətçilərinin agent banklar tərəfindən ərizə qəbulu müddəti də başa çatıb. 

19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.