Ədliyyə Nazirliyi erməni cinayəti ilə bağlı 77 ölkəyə məktub göndərib - RƏSMİ

Ədliyyə Nazirliyi erməni cinayəti ilə bağlı 77 ölkəyə məktub göndərib - RƏSMİ
17 May 2021 17:11


“Vətən müharibəsi vaxtı Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsi ölkəmiz tərəfindən aparılan haqlı mübarizəni beynəlxalq tərəfdaşlara çatdırmaq üçün öz səlahiyyətləri çərçivəsində işlər görüb”.

realpress.az xəbər verir ki, bu barədə “Ədliyyə Nazirliyinin beynəlxalq fəaliyyəti” mövzusunda onlayn brifinqdə çıxış edən Beynəlxalq Əməkdaşlıq İdarəsinin qrup rəhbəri Azər Cəfərov məlumat verib.

O bildirib ki, bu dövr ərzində nazirlik tərəfindən 77 dövlətin ədliyyə nazirliklərinə, 10 beynəlxalq təşkilata 400-dək məktub göndərilib:

“Məktublar erməni tərəfinin cinayətləri, onların acı nəticələri ilə bağlı olub. Müharibə dövründə Ermənistan tərəfi bir sıra cinayətlər törədib ki, bunlar həm uşaqlara, həm də mülki şəxslərə qarşı olub. Bunlarla bağlı ixtisaslaşmış qurumlara məktublar gedib”.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.