Lavrovdan Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı açıqlama

Lavrovdan Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı açıqlama
17 May 2021 16:49


“Rusiya Azərbaycana və Ermənistana sərhədlərin delimitasiya və demarkasiyası məsələlərində yardım təklif edib”.

TASS-ın məlumatına görə, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov mətbuat konfransında çıxışı zamanı deyib.

“Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə gəlincə, Azərbaycan tərəfi bu insidenti delimitasiya və demarkasiya ediləcək sərhədin olmaması ilə əsaslandırdı. Orada heç kim heç vaxt bununla məşğul olmayıb. Tərəflərə bu cür işə başlamalarını təklif etdik. Bu işdə onlara həm kartoqrafik materialları, həm də konsultasiya xidmətləri göstərilməsində kömək etməyə hazırıq”, - deyə S.Lavrov bildirib.

Rusiya XİN rəhbəri həmçinin Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət ətrafında emosiyaların gərginləşməsi üçün heç bir səbəb olmadığını qeyd edib.

29 Mar 2024
Dünya

Rusiyada terror qurbanları “Crocus City Hall” yaxınlığında çiçəklərlə anılır - VİDEO

Rusiyanın Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert zalında baş verən hadisədən bir həftə keçir. İnsanlar terror qurbanlarını anmaq üçün hələ də “Crocus” yaxınlığına gül gətirirlər.

29 Mar 2024
Dünya

ABŞ husilərin PUA-larını məhv edib

ABŞ Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının üsyançılarına məxsus dörd pilotsuz uçuş aparatını (PUA) məhv edib.

29 Mar 2024
Dünya

Fransada güclü qasırğa: Ölkənin qərb bölgəsi ilə nəqliyyat əlaqəsi kəsilib - VİDEO

Fransanın şimal-qərb bölgəsini vuran “Nelson” qasırğasından sonra Fransa Milli Dəmir Yolları Şirkəti həmin istiqamətdə qatarların hərəkətini dayandırıb.

29 Mar 2024
Dünya

İsrail qüvvələri Rəfaha daxil olmağa hazırlaşırlar

İsrail Qəzza zolağında hərbi əməliyyatlar zamanı Fələstinin radikal HƏMAS hərəkatının strateji aktivlərini ələ keçirib və danışıqlar zamanı onlardan istifadə etmək niyyətindədir.

29 Mar 2024
Dünya

Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB

Konqo Demokratik Respublikasının (KDR) şərqində silahlı qarşıdurmaların artması dağıdıcı səviyyəyə çatıb.