Azəbaycandan Gürcüstana 9 milyon dollar transfert edilib - RƏSMİ

Azəbaycandan Gürcüstana 9 milyon dollar transfert edilib - RƏSMİ
17 May 2021 13:22


2021-ci ilin aprel ayında Gürcüstandan Azərbaycana ümumi 1 milyon 680,4 min ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib.

realpress.az-ın Gürcüstanın Mərkəzi Bankından əldə etdiyi məlumata əsasən, bu, 2020-ci ilin aprel ayının göstəriciləri ilə müqayisədə 2,2 dəfə çoxdur. Əvvəlki ayın (2021-ci il mart) göstəricilərinə nəzərən isə Gürcüstandan Azərbaycana pul transferlərinin həcmi 18 faizə qədər artıb.

Ötən ay ərzində Azərbaycandan Gürcüstana pul köçürmələrinin həcmi 9 milyon 59,2 min dolları təşkil edib. Köçürmələrin həcmi 2020-ci ilin aprel ayı ilə müqayisədə 3,7 dəfə, əvvəlki aya (2021-ci il mart) nisbətən isə 23,5 faiz artıb.

2021-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan Gürcüstana ümumilikdə 27 milyon 626,1 milyon dollar (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 dəfə çox), Gürcüstandan Azərbaycana 5 milyon 526,3 min dollar (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 27,5 faiz çox) həcminə pul transfert edilib.

Qeyd edək ki, son göstəricilərə əsasən, Gürcüstana pul köçürmələri həyata keçirən ölkələr arasında Azərbaycan 7-ci pillədə qərarlaşıb. Gürcüstanın ən çox pul transferləri həyata keçirdiyi ölkələr sırasında isə Azərbaycan Rusiya, Türkiyə və Ukraynadan sonra 4-cü pillədədir.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.