Soydaşımız cüdo üzrə ABŞ çempionu oldu - FOTO

Soydaşımız cüdo üzrə ABŞ çempionu oldu - FOTO
17 May 2021 09:14


ABŞ-ın Nevada ştatının Reno şəhərində keçirilmiş cüdo üzrə Amerika çempionatında soydaşımız Zaur Cəlil (Azərtürk) 73 kq çəkidə birinci yeri tutub.

Diasporla İş üzrə Dövlət Komitəsindən realpress.az-a verilən məlumata görə, bu, qızıl medala layiq görülən soydaşımızın cüdo üzrə Amerika çempionatında üçüncü qələbəsidir.

Bundan öncə Zaur iki dəfə Amerika çempionatının yüksək kürsüsünə qalxıb. Təltif olunma mərasimində Zaur Cəlil bildirib ki, qələbəni doğma Azərbaycan xalqına və işğaldan azad edilmiş Qarabağa həsr edir.

Qeyd edək ki, Amerika çempionu olan soydaşımız Nyu-York şəhərində yaşayır. 1998-ci ildən ABŞ-da yaşayan, “Nyu-York Azərbaycan Mədəniyyət Mərkəzi”nin prezidenti Telman Cəlilovun övladıdır.

Zaur 2006-cı ildən indiyədək müxtəlif ştatlarda keçirilən yarışların çempionu olub, çoxsaylı medal və kuboklarla təltif edilib. 


29 Mar 2024
İdman

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıblar - YENİLƏNİB + FOTO

Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.