Ukrayna üçün NATO-nun qapıları açılır

Ukrayna üçün NATO-nun qapıları açılır
07 May 2021 09:47


Co Bayden administrasiyası hesab edir ki, NATO-nun qapıları yeni üzv dövlətlər üçün açıq olmalıdır.

“RİA Novosti” xəbər verir ki, bunu Ağ Ev nümayəndəsi Karin Jan-Pyer Ukraynanın hərbi alyansa qoşulması barədə sualı cavablandırarkən bildirib.

O qeyd edib ki, yeni dövlətlərin ittifaqa qəbulu yalnız onların tələb edilən şərtləri yerinə yetirməsindən sonra mümkün ola bilər. Belə ki, məhz bu halda həmin dövlətlər avroatlantik alyansın daha da güclənməsinə töhfə verə bilər.

Bununla yanaşı, K.Jan-Pyer ABŞ-ın Ukraynanın NATO-ya üzv olması səylərini dəstəklədiyini də bəyan edib.

28 Mar 2024
Dünya

Tokayev Çinə səfər edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.

28 Mar 2024
Dünya

Yük gəmisinin çırpıldığı körpüdə ölənlərin sayı açıqlandı

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib.

28 Mar 2024
Dünya

Rusiyanın şərqində güclü qum fırtınası - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində, Çin-Monqolustan sərhədi yaxınlığında güclü qum fırtınası yaşanıb.

28 Mar 2024
Dünya

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

28 Mar 2024
Dünya

Fransada həyəcan təbili: Silah ehtiyatı azalır

“Fransanın raket və sursat ehtiyatı çox zəifdir”.