Bu il bayram namazı qılınacaq? - QMİ rəsmisindən AÇIQLAMA

Bu il bayram namazı qılınacaq? - QMİ rəsmisindən AÇIQLAMA
04 May 2021 11:09


“Keçən il olduğu kimi bu il də koronavirus pandemiyasına görə məscidlərə toplanmaq mümkün olmayacaq. Azərbaycanda məscidlər bağlı olduğu üçün bu Ramazan bayramında camaat namazı onlayn qılınacaq”.

Bunu realpress.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay deyib.

QMİ nümayəndəsinin sözlərinə görə, keçən il olduğu kimi bu ildə Ramazan bayramında məscidlərdə camaat namazı qılınmayacaq:

“İnsanlar artıq bu prosesə öyrəşiblər. Din xadimləri insanlara xitab edir, maaridləndirir. Ramazan ayı başlayandan biz öz fikirlərimizi camaata çatdırmağa çalışırıq. Biz internet dövründə yaşayırıq. Hər kəs evlərində oturaraq hər günün dualarını dinləyə və bizimlə paralel oxuya bilirlər. 

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatı Ramazan ayının son gününə düşür. İnsanlara fitrə çıxarması məsləhət görülür. Biz insanlara tövsiyə edirik ki, kütləvi şəkildə toplaşmaqdan çəkinsinlər. Çünki, bu, xəstəliyin yayılmasına şərait yarada bilər, xəstəlik isə bizi dini ayinlərdən, ibadətimizdən geri salacaq. Hər birimiz evimizdə oturmaqla ibadətimizi edə bilərik. Düşünürəm ki, bu il də bayramda insanlar ailə üzvlərini bir yerə toplayıb namaz qılacaqlar.

Ümid edirəm ki, gələn il bu problem qalmayacaq. İnsanlardan səbrli olmaları xahiş olunur. Ramazan ayı öz-özlüyündə bizlərə səbr göstəricisidir”.


28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.