Dünyada 154 195 608 nəfərdə koronavirus aşkarlanıb.
Bu barədə realpress.az-ın onlayn statistikasında qeyd olunur.
Virusdan 3 227 188 xəstə ölüb, 131 615 229 nəfər sağalıb.
Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (33 230 561 nəfər), Hindistan (20 282 833 nəfər), Braziliya (14 791 434 nəfər), Fransa (5 656 007 nəfər) və Türkiyədir (4 900 121 nəfər).
İranda 2 555 587, Gürcüstanda 312 954, Ermənistanda isə 217 008 nəfərdə koronavirus müəyyən edilib.
Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiyada (111 198 nəfər), İranda (72 875 nəfər) və Türkiyədə (41 191 nəfər) qeydə alınıb.
Azərbaycanda koronavirusa yoluxan 321 798 nəfərin 4 580-i ölüb, 294 784 xəstə sağalıb.
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.