Qorxulu xəstəliklə mübarizə aparan həmyerlimiz: “Yaşamağıma kömək edin” - FOTO/VİDEO

Qorxulu xəstəliklə mübarizə aparan həmyerlimiz: “Yaşamağıma kömək edin” - FOTO/VİDEO
03 May 2021 16:31


Nigar Əliyeva hazırda Ankaranın Hacettepe xəstəxanasında müalicə alan həmyerlimizdir. Bir gün əvvəl 18 yaşı tamam olub, ancaq yetkinlik yaşına çatmaqdan zövq almaq əvəzinə xərçənglə mübarizə aparır.

Nigar Hodgkin lenfomasından əziyyət çəkir – Bu, limfa sisteminin bədxassəli xəstəliyidir, buna Hodgkin xəstəliyi, lenfoqranulomatoz, limfa düyünlərinin xərçəngi də deyilir.

“Bilirsiniz, atamı itirəndə cəmi altı yaşım var idi. Onun ölümündən sonra anam bütün həyatını mənə və qardaşıma həsr etdi, bizim üçün əlindən gələni etdi. Yeri gəlmişkən, qardaşım indi orduda xidmət edir, ondan ötrü çox darıxıram... Narahat olmaması üçün xəstəliyimdən bəhs etməmişəm. Çox istəyirəm ki, qardaşım ordudan qayıtdıqdan sonra məni sağ-salamat görsün”, - deyə Nigar Əliyeva bildirib.

Onun sözlərinə görə, Hacettepe xəstəxanasında müalicə çox baha başa gəlir.

“Klinikaya yerləşəndən bir həftə sonra anamın pulu bitdi, həkimlər xəstəxana şöbəsini tərk etməyimizi istədilər. Ümidsiz idik, gedəcək yerimiz yox idi. Bundan əlavə, kimyaterapiya bədənimi çox zəiflətdi, anam və mən bir tərəfdən xəstəliyimə, digər tərəfdən müalicəmi davam etdirmək üçün pul çatışmazlığına görə ağır stres yaşayırıq. Əlimizdən gələn şey yalnız dua etmək idi”, - N.Əliyeva başlarına gələnləri danışıb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Lenfoma Kanseri

18 Apr 2024
Cəmiyyət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.

18 Apr 2024
Cəmiyyət

Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir

Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.

18 Apr 2024
Cəmiyyət

İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb

“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.

18 Apr 2024
Cəmiyyət

Naxçıvanda təhsil ilə bağlı YENİLİKLƏR

“Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək”.

18 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.