Leyla Əliyeva Qızılağac Milli Parkında ağac əkdi

Leyla Əliyeva Qızılağac Milli Parkında ağac əkdi
03 May 2021 11:13


Aprelin 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qızılağac Milli Parkına səfər edib.

milli parkın ərazisi, zəngin fauna və florası ilə tanış olan Leyla Əliyeva daha sonra Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevlə sahilyanı və dəniz qoruqları daxil olmaqla, xüsusi mühafizə olunan təbiət ərazilərinin gələcək inkişaf perspektivlərini müzakirə edib.

Səfər zamanı Leyla Əliyeva Xəzər dənizinin Kiçik Qızılağac körfəzinə körpə balıqların buraxılması, o cümlədən ölkəmizin yaşıllıq və meşə ərazilərinin artırılmasına dəstəyi nümayiş etdirmək məqsədilə milli parkın ərazisində Eldar şamlarının əkilməsi mərasimində iştirak edib.

Qeyd edək ki, 2018-ci il sentyabrın 26-da yaradılmış Qızılağac Milli Parkı Qızılağac Dövlət Təbiət Qoruğunu və bütöv Qızılağac körfəzini ehtiva edir və Xəzər dənizində ilk mühafizə olunan dəniz ərazisi hesab olunur. Qızılağac Milli Parkına aid su ərazisinin mühafizəsi dünyanın nəsli kəsilmək təhlükəsi ilə üzləşən balıq növlərinin yaşaması üçün zəruridir.

IDEA İctimai Birliyi və “Blue Marine Foundation” təşkilatının birgə təqdimatına əsasən, 2019-cu ilin noyabr ayında həmin milli park dünya sularının xilası üçün ümid yeri (Hope Spot) kimi seçilib. Ümid yerləri “Mission Blue” təşkilatının beynəlxalq mühafizə kampaniyası çərçivəsində bəyan edilən, ekoloji baxımdan unikal olan dəniz əraziləridir. Ümid yerlərinin elan edilməsində əsas məqsəd okeanların qorunması üzrə qlobal hərəkatı dəstəkləmək və daha geniş su ərazilərinin mühafizə edilməsinə nail olmaqdır.

Məlum olduğu kimi, son onilliklər ərzində ölkəmizin su hövzələrindəki balıq növlərinin təbii populyasiyaları insan fəaliyyətinin mənfi təsirləri nəticəsində məhvolma təhlükəsi həddinə çatıb.

Bununla əlaqədar, Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın və Qafqaz regionunun su faunasının qorunması, ölkəmizin daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpası üzrə bir sıra mühüm təşəbbüslər həyata keçirilir.

Bu cür təşəbbüslərdən biri keçən ilin may ayından etibarən IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə həyata keçirdiyi “Zəngin hövzələr” layihəsidir. Layihə ölkənin müxtəlif yerlərində yerləşən göl və çaylara məxsus olan balıq növlərinin təbii populyasiyasının artırılması, daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və məsuliyyətli balıq ovunun təşviqi üzrə davamlı və ardıcıl tədbirlərin təşkil edilməsini nəzərdə tutur.

17 May 2021
Siyasət

İlham Əliyevdən Ermənistanla sərhəddəki gərginliyə REAKSİYA

Hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir. 

17 May 2021
Siyasət

Prezidentdən yeni məktəb tikintisi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Qəbələ rayonunun Nic qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

17 May 2021
Siyasət

İlham Əliyev yol tikintisinə beş milyon manat ayırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev Qəbələ rayonunun Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

17 May 2021
Siyasət

İlham Əliyev Qazaxıstanlı həmkarına zəng edib

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə telefonla zəng edib.

16 May 2021
Siyasət

Qəbələdə Bum çayı üzərində körpü və Bum qəsəbəsinə gedən avtomobil yolu istifadəyə verilib - YENİLƏNİB + FOTO

Qəbələ rayonunda 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolu bərpadan sonra istifadəyə verilib.