23 yaşlı şəhid leytenant Aqil Məcidovun döyüş yolu - FOTO

23 yaşlı şəhid leytenant Aqil Məcidovun döyüş yolu - FOTO
22 Apr 2021 14:01


44 günlük Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə düşmənə ağır zərbələr vuraraq onları geri çəkilməyə məcbur edən Azərbaycan Ordusunun hərbçiləri sırasında şəhid leytenant 23 yaşlı Aqil Məcidov da olub. 

realpress.az xəbər verir ki, şəhid leytenant Məcidov Aqil Aydın oğlu 3 aprel 1998-ci ildə Tovuz rayonunda anadan olub. 2006-cı ildə Tovuz rayon Nəsrəddin Tusi adına Təbiət və Texniki fənlər təmayüllü liseyin 1-ci sinfinə daxil olub. 2011-ci ildən A.S.Puşkin adına orta məktəbdə təhsilini davam etdirib. Məktəbi bitirdikdən sonra arzusunda olduğu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.

2020-ci ildə Hərbi məktəbi Motoatıcı ixtisası üzrə müvəffəqiyyətlə bitirib. Leytenant rütbəsi verilərək Beyləqan rayonuna təyinat alıb.

Leytenant Aqil Məcidov 27 sentyabrda başlayan Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Aqil müharibənin başlamasından 10 gün əvvəl ailəsi ilə görüşmək üçün evinə gəlib və hər kəslə bir-bir görüşərək halallaşıb. Sentyabrın 27-si müharibə başlayan vaxt yenidən atası, anası, qardaşları və bacıları ilə əlaqə saxlayıb, hər şeyin yaxşı olduğunu, qələbə qazanacaqlarını böyük fəxr və qürur hissi ilə deyib.

Hətta şəhid anasının sözlərinə görə, son dəfə danışarkən oğlu ona irəli gedəcəklərini deyib:

“Dedi ki, ana, biz irəli gedirik. Hər şey ola bilər. Mənə bir şey olsa, ağlama, başını dik tut! Təki Vətən sağ olsun. Məni bağışla, ana”.

Vətən müharibəsi başladıqdan sonra göründüyü kimi çox qısa zaman ərzində Azərbaycan ordusu çətin hərbi tapşırıqları uğurla yerinə yetirdi. Bütün hərbi mütəxəssislərin də qeyd etdiyi kimi müharibə gedişində ən çətin vəzifə məhz düşmənin 1-ci müdafiə səddini yarmaq olub. Leytenant Aqil Məcidov 28 sentyabr tarixində Füzuli rayonunun Yuxarı Əbdülrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 

Şəhidin döyüş yoldaşları onun qəhramanlığından, vətənpərvərliyindən danışıb. Şəhid leytenant Aqil Məcidovun Azad adlı əkiz qardaşı var. Onun arzusu olub ki, qardaşı ilə birlikdə səngərdə döyüşsün. İki qardaş bir-birinə çox bağlı idi. Hara getsələr, bir yerdə gedər, bir-birinə arxa-dayaq olardılar. Aqil arzusuna çatdı. Vətən uğrunda qardaşı ilə birlikdə mübarizə apardı. 

Aqil Məcidov şəhid olarkən qardaşı Azad da həmin istiqamətdə döyüşlərdə olub.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.