Azərbaycan neftinin idxalçısı olan Hindistan İtaliyaya rəqibdir - FOTO

Azərbaycan neftinin idxalçısı olan Hindistan İtaliyaya rəqibdir - FOTO
19 Apr 2021 14:36


2021-ci ilin mart aylarında Azərbaycanın xam neft və neft məhsulları İtaliya, Hindistan, İspaniya, İsrail, Böyük Britaniya, Belarus və Türkiyəyə ixrac olunub.

realpress.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, idxal həcminə görə İtaliya, Hindistan və İsrail xüsusilə seçilib.

Ümumilikdə ilin üç ayı ərzində ölkəmiz xaricə 7 milyon 47,4 min ton həcmində (2 milyard 664 milyon 616,3 min dollar dəyərində) xam neft və neft məhsulu ixrac edib.

Üç ayın ixrac həcminə görə, ən çox İtaliya - 3 milyon 630,3 min ton (1 milyard 358 milyon 153,3 min dollar dəyərində), Hindistan - 845 min 590,5 ton həcmində (346 milyon 185,4 min dollar dəyərində), İspaniya 517 min 887,6 ton (179 milyon 876,6 min dollar dəyərində) idxal həcmi ilə öndədir.

Yanvar-mart ayları ərzində ən çox xam neft və neft məhsulu ixrac etdiyimiz 16 ölkənin siyahısı:

Təkcə mart ayının mənzərəsinə nəzər saldıqda isə Azərbaycandan 7 ölkəyə xam neft və neft məhsulları ixrac edilib. Ötən ay həcminə görə Azərbaycan ən çox İtaliyaya - 700 min 254,6 ton, Hindistana - 271 min 556,6 ton, İsrailə - 183 min 491,7 ton, Belarusa - 90 min 730,6 ton, Böyük Britaniyaya - 90 min 427,1 ton, İspaniyaya - 10 min 481,5 ton, Türkiyəyə - 6 min 205,3 ton xam neft və neft məhsulu satıb.

Mart ayı ərzində Portuqaliyaya, Ukraynaya, Çinə, Xorvatiyaya, Almaniyaya, Rumıniyaya, Avstraliyaya, Tunis və Rusiyaya müvafiq məhsul növü üzrə ixrac baş tutmayıb.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.