Vətəndaşlar “ƏDV geri al” layihəsindən nə qədər vəsait əldə edib? - RƏSMİ

Vətəndaşlar “ƏDV geri al” layihəsindən nə qədər vəsait əldə edib? - RƏSMİ
19 Apr 2021 12:18


“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 60,2 milyon manat geri qaytarılıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən realpress.az-a verilən məlumata əsasən, 2020-ci ilin may ayından etibarən bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalda 1 milyon 340 mindən çox istifadəçi qeydə alınıb.

“ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2021-ci ilin birinci rübünün sonunadək portalda qeydiyyatdan keçmiş istifadəçilər tərəfindən iki bank üzrə ümumilikdə 147 milyon 111 min 792 çek üzrə 60 milyon 192 min 462 manat ƏDV məbləği geri qaytarılıb.

2021-ci ilin birinci rübü ərzində çek əlavə edən müştərilərin sayında artım dinamikası müşahidə edilib. Belə ki, əgər yanvar ayında portalda qeydiyyatdan keçmiş 779 018 istehlakçı sistemə çek əlavə etmişdisə, mart ayında bu rəqəm 1 026 757 nəfərə çatıb. Bütövlükdə, 2021-ci ilin birinci rübü ərzində 67 milyon 101 min 388 kassa çeki üzrə 26 milyon 770 min 74 manat ƏDV məbləği istehlakçılara geri qaytarılıb.

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.