Dörd boksçumuz dünya çempionatında 1/4 final görüşünə çıxır

Dörd boksçumuz dünya çempionatında 1/4 final görüşünə çıxır
19 Apr 2021 12:10


Polşanın Keltse şəhərində təşkil olunan gənc boksçular arasında dünya çempionatının altıncı günündə Azərbaycan millisinin daha bir üzvü rinqdən qalib ayrılıb.

realpress.az xəbər verir ki, ilk döyüşündə Domeniko Mattia Vinçiquerranı (İtaliya) məğlub edən Murad Allahverdiyev (-81 kq) ikinci duelində Kaan Aykutsundan (Türkiyə) da üstün olub. Təmsilçimiz 1/8 finalda rəqibi üzərində 4:1 (29:28, 28:29, 29:28, 29:28, 29:28) hesablı qələbəyə sevinib.

Allahverdiyevdən fərqli, Cəlal Qurbanov (-60 kq) 1/8 finalda mübarizəni dayandırıb. Yaponiyalı Reyto Tsutsumi ilə döyüşən boksçumuz məğlubiyyətə üzülüb.

Qeyd edək ki, yığmamızın heyətində daha öncə Nicat Hüseynov (-49 kq), Əli Zamanov (-52 kq) və Əzrək Bəbirov (-56 kq) 1/4 finalda iştirak hüququ qazanıb.

Nicat Hüseynov bu gün Levent Eqeduşla (Macarıstan), Əli Zamanov Yevgeni Jorovla (Rusiya), Əzrək Bəbirov Aleksey Şendrixlə (Rusiya) və Murad Allahverdiyev Denis Şalabayla (Ukrayna) qarşılaşacaq.

29 Mar 2024
İdman

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıblar - YENİLƏNİB + FOTO

Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.