Azərbaycan millisinin Avropa çempionatından qazancı: Cəmi iki “bürünc”

Azərbaycan millisinin Avropa çempionatından qazancı: Cəmi iki “bürünc”
19 Apr 2021 09:35


Azərbaycanın cüdo millisi Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avropa çempionatını cəmi iki medalla başa vurub.

realpress.az xəbər verir ki, bu gün osetin əsilli cüdoçumuz Zelim Kostoyev (-100 kq) bürünc medal görüşündə Rusiyanı təmsil edən həmyerlisi Niyaz İlyasova ipponla qalib gəlib.

Bu gün tatamiyə çıxanlardan Elmar Qasımov (-100 kq), Uşanqi Kokauri (+100 kq) və İrina Kindzerskaya (+78 kq) ilk görüşdə uduzaraq mübarizəni dayandırıb.

Beləliklə, Azərbaycan millisi Avropa çempionatını iki bürünc medalla başa vurub. Daha əvvəl Kəramət Hüseynov (-60 kq) da fəxri kürsüyə qalxıb.

28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

26 Mar 2024
İdman

Azərbaycanın 5 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəldi

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.