Bakıda top mərmisi aşkarlandı - FOTO

Bakıda top mərmisi aşkarlandı - FOTO
17 Apr 2021 13:20


Aprelin 16-da Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunun ərazisində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən realpress.az-a verilən məlumata görə, dərhal hadisə yerinə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xüsusi texnika və avadanlıqlarla təchiz edilmiş pirotexnik qrupu cəlb olunub.

Hadisə yerinə baxış zamanı döyüş tətbiqinə yararsız, lakin insan həyatı üçün təhlükəli 1 ədəd 85 millimetrlik top mərmisi aşkar edilib.

FHN XRXX-nin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin etdikdən sonra pirotexniklər aşkar edilmiş mərmini ərazidən götürərək, müvafiq qaydada zərərsizləşdiriblər.

Əraziyə təkrar baxış zamanı başqa partlayış təhlükəli əşya aşkar edilməyib.

Həmçinin, Tovuz rayonunun Vahidli kəndi ərazisində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zəng əsasında FHN Xüsusi Riskli Xilasetmə Xidməti və Qarabağ Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerinə baxış zamanı 1 ədəd partlamamış 85 millimetrlik top mərmisi aşkar edilib götürülərək, aidiyyəti üzrə təhvil verilib. Təkrar baxış zamanı ərazidə hər hansı partlayış təhlükəli əşya aşkar edilməyib.


24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

24 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.