DOST Agentliyi Müşahidə Şurasının iclası keçirildi

DOST Agentliyi Müşahidə Şurasının iclası keçirildi
16 Apr 2021 17:34


Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin sədrlik etdiyi Şuranın üzvləri Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Kiçik və Orta Biznesin İnkişafı Dövlət Agentliyinin sədri Orxan Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevdir.

S.Babayev Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılaraq 2019-cu ilin may ayında açılışı olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) sosial sahədə vətəndaş məmnunluğuna yönəlik islahatların təzahürü olduğunu vurğulayıb.

Bildirib ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulmasına və “bir pəncərə”dən təqdim edilməsinə imkan verib.

Nazir 2019-2020-ci illərdə paytaxtda 3 DOST mərkəzinin, 2021-ci il martın 30-da isə dövlət başçısının iştirakı ilə 4 saylı DOST Mərkəzinin açıldığını deyib. DOST mərkəzləri tərəfindən 350 mindən çox vətəndaşa xidmət göstərildiyini, bu xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsinin 97,2 % olduğunu diqqətə çatdırıb.

Hazırda Bakının 10 rayonu üzrə 4 DOST mərkəzinin fəaliyyət göstərdiyini qeyd edən S.Babayev Bakı əhalisinin artıq 1 milyon 915 min 200 nəfərinin DOST xidmətləri ilə əhatə olunduğunu bildirib. O, 2025-ci ilə kimi 16 regional DOST mərkəzinin və 46 rayon üzrə qəbul filiallarının açılmasının nəzərdə tutulduğunu deyib.

Bildirib ki, növbəti DOST mərkəzi yaxın vaxtlarda Abşeron rayonunda açılacaq. Bərdə, Quba, Sabirabad rayonlarında, Sumqayıt, Gəncə şəhərlərində də DOST mərkəzlərinin yaradılması işləri aparılır.

Şuraya DOST Agentliyinin 2020-ci il üzrə fəaliyyətinə dair hesabat təqdim edilib. İclasda Agentliyin daxili inkişafı istiqamətində planlaşdırılan optimallaşdırılma ilə bağlı qurumun Strateji Planının, Agentliyin və təsərrüfat cəmiyyətlərinin strukturunun yeni redaksiyada təsdiq edilməsi və s. məsələlər müzakirə olunub.

16 Apr 2024
Cəmiyyət

Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO

“Hazırda Xocalı şəhərində, Malıbəyli kəndində, həm də Xankəndidə məktəb infrastrukturu ilə bağlı işlərimiz gedir”.

16 Apr 2024
Cəmiyyət

Əlahiddə Ümumqoşun Ordunun texnikalarına baxış keçirilib - FOTO

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) birləşmə və hissələrində olan minik, yüngül tipli maşınlara və sərnişindaşıyan avtobuslara baxış keçirilib.

16 Apr 2024
Cəmiyyət

Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək.

16 Apr 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 16 aprel tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

16 Apr 2024
Cəmiyyət

"Ağsaqqal" donor axtarır

"İllərdir böyrək çatışmazlığından əziyyət çəkirəm. 2020-ci ildə xəstəliyim ağırlaşdı və böyrəklərimin ikisi də sıradan çıxdı. Həmin vaxt anam məni ikinci dəfə dünyaya gətirdi.