Düşmən təxribatı nəticəsində Tərtərdə sıradan çıxmış yanğın su hovuzları bərpa edilir - FOTO

Düşmən təxribatı nəticəsində Tərtərdə sıradan çıxmış yanğın su hovuzları bərpa edilir - FOTO
16 Apr 2021 15:54


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Tərtər şəhərində hazırda aparılan bərpa-yenidənqurma işləri zamanı funksional vəzifələrinin icrasını təmin edir.

FHN-dən verilən məlumata görə, 44 gün davam edən Vətən müharibəsi dövründə düşmənin artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində ən çox zərər çəkən yaşayış məntəqələrindən biri də Tərtər şəhəri olub. Şəhərdə çoxlu sayda yaşayış evlərinə, inzibati və ictimai binalara ciddi ziyan yetirilib, infrastrukturun böyük hissəsi, o cümlədən elektrik, qaz, su xətləri sıradan çıxıb. 

Şəhərdə normal həyatın təmin edilməsi, həyat əhəmiyyətli infrastrukturun bərpası məqsədilə hazırda müvafiq qurumlar tərəfindən təmir-tikinti və bərpa-yenidənqurma işləri aparılır.

Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən bu işlərin həyata keçirilməsi zamanı yanğın təhlükəsizliyinin təmin olunmasına nəzarət həyata keçirilir, o cümlədən bərpa olunan obyektlərdə yanğın təhlükəsizliyi qaydalarına uyğunluğun qiymətləndirilməsi, düşmən təxribatı nəticəsində sıradan çıxmış yanğın su hovuzlarının yararlı vəziyyətə gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür, işçi heyətlə maarifləndirici söhbətlər aparılır.


18 Apr 2024
Cəmiyyət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.

18 Apr 2024
Cəmiyyət

Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir

Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.

18 Apr 2024
Cəmiyyət

İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb

“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.

18 Apr 2024
Cəmiyyət

Naxçıvanda təhsil ilə bağlı YENİLİKLƏR

“Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək”.

18 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.