YAP-dan etiraz olaraq istefa verdiyini deyən şəxs hələ 2020-ci ildə partiyadan xaric edilib

YAP-dan etiraz olaraq istefa verdiyini deyən şəxs hələ 2020-ci ildə partiyadan xaric edilib
15 Apr 2021 14:11


Son günlər sosial şəbəkələrdə özünü Yeni Azərbaycan Partiyasının (YAP) üzvü kimi təqdim edən Xəlilov Elvar Mirzəələkbər oğlunun Cəmil Həsənliyə görə partiyadan istefa verməsi barədə spekulyativ məlumatlar yayılmaqdadır.

YAP-ın Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, E. Xəlilov uzun müddət partiya ilə əlaqə saxlamadığı, ərazi ilk partiya təşkilatının işində iştirak etmədiyi üçün YAP Səbail rayon təşkilatı İdarə Heyətinin 22 sentyabr 2020-ci il tarixli qərarı ilə partiya sıralarından xaric olunub.

YAP-ın Mətbuat xidməti sosial mediada informasiya paylaşılarkən onun dəqiqləşdirilməsini vacib hesab edir və bildirir ki, tez-tez yanlış məlumatlar yayan, xəbərləri ifşa olunan sosial media resursları oxucusunu itirməklə yanaşı, cəmiyyətdə saxta xəbər mənbəyi kimi də tanınır. YAP-ın nüfuzunu zədələmək məqsədi ilə yoxlanılmamış, obyektivlikdən və reallıqdan uzaq məlumatların məqsədli şəkildə yayılması siyasi spekulyasiyadır, manipulyasiyadır.

19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.