Çavuşoğlu: “Yunanıstanla görüşmək üçün Avropa İttifaqına ehtiyacımız yoxdur”

Çavuşoğlu: “Yunanıstanla görüşmək üçün Avropa İttifaqına ehtiyacımız yoxdur”
15 Apr 2021 12:24


Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Yunanıstanla münasibətləri barədə açıqlamalar verib.

Bu barədə türkiyəli nazir NTV kanalına müsahibəsində bildirib.

“Yunanıstanla beş ildir mövcud olan mexanizmləri işlədə bilmədik. Siyasi məsləhətləşmələr apara bilmədik. Bunları Yunanıstanın məsələyə mənfi münasibəti səbəbindən edə bilmədik. Kəşfiyyat danışıqları dayandırıldı. Ardından Şərqi Aralıq dənizində Türkiyəni kənarlaşdırma siyasətindən sonra əlaqələr gərginləşdi. Avropa İttifaqı (Aİ) və fərqli ölkələr məsələyə daxil oldu”.

Çavuşoğlu vurğulayıb ki, biz Yunanıstanla birlikdə masaya oturmağa hazırıq.

“Yunanıstanla danışıqlarımız bu yaxınlarda yenidən başladı. Bu ölkənin Xarici İşlər naziri Nikos Dendiası bu gün Ankarada qonaq edəcəyik. Onunla səmimi bir atmosferdə görüşməyi planlaşdırırıq. Yunanıstanla dialoq və yüksək səviyyəli səfərlər çox vacib məqamdır. Yunanıstanla görüşmək üçün Aİ-yə və ya digər ölkələrə ehtiyacımız yoxdur. Bu ölkə ilə razılaşa bilməyəcəyimiz məsələlər də var. Bunlar haqqında açıq danışmalıyıq”, - deyə Çavuşoğlu bildirib.

29 Mar 2024
Dünya

İsrail Suriya ordusunun mövqelərini bombalayıb: 40-a yaxın hərbçi ölüb - VİDEO

İsrailin Suriyanın şimal-qərbində yerləşən Hələb əyalətinə endirdiyi hava zərbələri nəticəsində azı 36 Suriya hərbçisi həlak olub.

29 Mar 2024
Dünya

Braziliyada 25 mərtəbəli bina alovlara büründü - VİDEO

Braziliyanın Resife şəhərinin çoxmərtəbəli bina yanır.

29 Mar 2024
Dünya

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı artdı

Rusiyada “Crocus City Hall”da martın 22-də törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.