Cüdo millimiz üçün lidersiz Avropa çempionatı

Cüdo millimiz üçün lidersiz Avropa çempionatı
15 Apr 2021 11:21


Cüdo üzrə Avropa çempionatında iştirak edəcək idmançılarımızın heyəti tam bilinib.

realpress.az xəbər verir ki, sabah Portuqaliyanın paytaxtı Lissabonda cüdo üzrə Avropa çempionatına start veriləcək.

Qitənin mötəbər yarışında doqquz idmançımız – Kəramət Hüseynov (-60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi -66 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi -81 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi -100 kq), Uşangi Kokauri (+100 kq) və İrina Kindzerskaya (+78 kq) mübarizə aparacaq.

Qeyd edək ki, Davud Məmmədsoy (-60 kq) və 2016-cı ilin Avropa çempionu Rüstəm Orucov (-73 kq) bu yarışda koronavirusa yoluxma səbəbindən iştirak edə bilməyəcək. Həmçinin 90 kq-da Olimpiadaya lisenziya qazanmış Məmmədəli Mehdiyevin də iştirak etməyəcəyi bildirilir.


19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.