Payızlıq əkinlərə görə subsidiya almış fermerlərin sayı 245 min 927 nəfərə çatıb.
Kənd Təsərrüfatı Nazirliyindən realpress.az-a verilən məlumata əsasən, müraciətləri təsdiqlənmiş daha 17 min 929 fermerə əkin subsidiyası ödənilib.
Ümumilikdə 335 min nəfərdən artıq fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 2020-ci il üzrə payızlıq əkinləri bəyan edib və onlardan torpaq sənədləri təsdiqlənən fermerlərin subsidiya müraciəti qəbul edilib.
Subsidiya qaydalarına uyğun olaraq, ödənişlər fermer kartlarına 25 faiz nağdlaşdırıla bilən və 75 faiz nağdsız hissə şəklində ödənilib. Subsidiya qaydalarında edilmiş son dəyişikliyə görə, fermerlər təsərrüfatları üçün gübrənin tam dəyərini “Fermer kartı” ilə nağdsız ödəmək imkanı qazanıblar.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.