Deputat: “Həftəsonları avtobusların işləməməsinin yoluxma sayına təsirini ölçə bilən metod yoxdur”

Deputat: “Həftəsonları avtobusların işləməməsinin yoluxma sayına təsirini ölçə bilən metod yoxdur”
14 Apr 2021 13:43


“Son həftələr əksər ölkələrdə, o cümlədən Azərbaycanda virusa yoluxanların sayında artım müşahidə olunsa da, dövlətlərin pandemiya ilə mübarizə tədbirləri biri-birindən fərqlənir”.

realpress.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov deyib.

Millət vəkili bildirib ki, ölkəmizdə pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən qadağalardan biri də həftəsonları ictimai nəqliyyatın işləməməsidir və hələlik heç bir ölkədə, eləcə də elmi araşdırmalarda həftəsonları ictimai nəqliyyatın işləməməsinin yoluxma sayına təsirlərini ölçə bilən konkret metodlar yoxdur.

“Bununla belə, xüsusən də şənbə günləri çalışanların bir qismi üçün həftəsonları ictimai nəqliyyatın işləməməsi xüsusi çətinliklər yaradır. Bu baxımdan həftəsonları ictimai nəqliyyatın fəaliyyətinin bərpası məqsədəuyğun olardı”, - deyə Vüqar Bayramov əlavə edib.

O qeyd edib, bir sıra inkişaf etməkdə olan ölkələrin praktikasını nəzərə alsaq, pandemiya dövründə qeyri-iş günlərində ictimai nəqliyyat fəaliyyətini dayandırmır, sadəcə müddəti qısa olur:

“Həftəsonları ictimai nəqliyyatın gecəyarısına qədər deyil, səhər saatlarından axşam 20:00 radələrinədək işləyə bilər. Xüsusən də günün aktiv saatlarında nəqliyyatın işinin bərpası daha məqsədəuyğun olardı. Bu, həftəsonları müşahidə olunan nəqliyyat probleminin həllinə gətirib çıxara bilər”.

13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.