İdmançımız Rusiyadakı qələbəsini şəhidlərə həsr etdi - VİDEO

İdmançımız Rusiyadakı qələbəsini şəhidlərə həsr etdi - VİDEO
13 Apr 2021 11:04


Bu gün gecə saatlarında “AFC Fight Nights”in yüngül çəki üzrə kəmərinin sahibi Nəriman Abbasov Rusiyanın paytaxtı Moskvadan Bakıya qayıdıb.

“Baku TV”nin əməkdaşı Nərimanı və onun şəxsi məşqçisi Şəhriyar Abbasovu hava limanında qarşılayıb.

N.Abbasov qazandığı qələbəni şəhidlərimizə həsr edib.

Qeyd edək ki, Nəriman Abbasov yuxarı çəkidə bu yarışmanın çempionu olmuş, dağıstanlı Şamil Əmirova üçüncü raundda texniki nokautla qalib gəlib. Bu qələbə ilə o, ikinci dəfə qazandığı kəməri müdafiə edə bilib.

16 Apr 2024
İdman

Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb

Honkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində qalib gələrək tarixi uğura imza atan Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Vətənə dönüb.

15 Apr 2024
İdman

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci “Kelechek” beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar.

15 Apr 2024
İdman

Bakı kəndləri birinciliyində iki günə 400 cüdoçu yarışdı - FOTO

Cüdo üzrə Bakı kəndləri birinciliyinin qaliblərininə Bakı Abadlıq Xidməti tərəfindən Azərbaycan istehsalı olan, keyfiyyətinə görə son illər gənclər arasında çox populyarlaşan “İSMA BİKES” velosipedləri və pul mükafatları təqdim olunub.

15 Apr 2024
İdman

Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurublar - YENİLƏNİB + FOTO

Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində gənclər arasında keçirilən Avropa birinciliyinin qalibi olub.

13 Apr 2024
İdman

Dünya Kubokunda üç gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Vətənə qayıdıb

Tailandın Phuket şəhərində keçirilmiş Dünya Kubokunda 3 gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Vətənə qayıdıb.