“İlk dəfə idi ki, böyüklərin bu cür mötəbər yarışında iştirak edirdim. Baxmayaraq ki, artıq üç ildir böyüklərlə birgə döyüşürəm bu, ilk Avropa çempionatım idi və birinci dəfədən medal qazandığım üçün çox sevinirəm”.
Bunu realpress.az-a Bolqarıstanın paytaxtı Sofiyada keçirilən taekvondo üzrə Avropa çempionatında bürünc medal qazanmış 19 yaşlı Minayə Əkbərova deyib.
46 kq çəki dərəcəsində yarışında çıxış edən M.Əkbərova medal qazanacağını gözləmədiyini etiraf edib:
“Düzünü deyəcəyəm. Əslində medal qazanacağımı gözləmirdim. Çünki pandemiyaya görə təxminən bir ildən çoxdur ki, məşq edə bilmirdim. Yarışa çıxmazdan qabaq fikirləşirdim ki, görəsən necə olacaq?! Çox həyəcanlı idim. Elə bilin ki, ömrümdə ilk dəfə yarışa çıxırdım.
Amma çox şükür, tatamidə hiss etdim ki, yaxşı vəziyyətdəyəm, döyüşməyi unutmamışam. Məncə, hər şey birinci özünə inamdan başlayır. Sağ olsun müəllimlərim, ailəm, komanda yoldaşlarım da çox dəstək oldular, məni ruhlandırdılar”.
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ABŞ-də fəaliyyət göstərən və təhsil alan azərbaycanlı idmançılar və tələbələrlə görüşüb.
Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.
Honkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində qalib gələrək tarixi uğura imza atan Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Vətənə dönüb.
Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci “Kelechek” beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar.
Cüdo üzrə Bakı kəndləri birinciliyinin qaliblərininə Bakı Abadlıq Xidməti tərəfindən Azərbaycan istehsalı olan, keyfiyyətinə görə son illər gənclər arasında çox populyarlaşan “İSMA BİKES” velosipedləri və pul mükafatları təqdim olunub.