Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə media nümayəndələri işğaldan azad edilmiş Zəngilan rayonuna səfər çərçivəsində Oxçuçay və Əhəng Dağında olublar.
realpress.az-ın məlumatına görə, jurnalistlər orada ermənilərin törətdikləri ekoloji vandalizmin şahidi olublar.
ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəsmisi Şahin Ataşov jurnalistlərə açıqlamasında bildirib ki, Zəngilan rayonu ərazisində ümumilikdə 11 faydalı qazıntı yatağı qeydiyyata alınıb:
“Hazırda dayandığımız sahə Oxçuçay üzlük daşı yatağının Alabaşlı sahəsidir. İşğal dövrünə kimi yataqda istismar işləri aparılmayıb”.
Ş.Ataşov qeyd edib ki, işğal zamanı yatağın Alabaşlı sahəsində istismar işləri aparılıb:
“Yataqda düşmən tərəfindən aparılan istismarın həcmini və dəymiş zərərin miqdarının müəyyənləşdirilməsi üçün geloji-təftiş işlərinin aparılmasına ehtiyac var. Yatağın ehtiyatı üzlük daşı və çınqıl xammalı kimi öyrənilib”.
Bu ilin yanvarın 28-də Kəlbəcərdə həlak olan Fəthulla Siracovun atası Qasım Siracov oğluna şəhidlik statusu verilməməsindən narazıdır.
Müdafiə Nazirliyi Ağdamın İsmayılbəyli kəndindən görüntülər paylaşıb.
2021-2022-ci il payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir.