Gəncə şəhərində son iki gün ərzində 500-dən artıq təhsil işçisi vaksinasiya olunub.
Yeni qaydalara əsasən təhsil işçilərinin peyvənd olunmasında yaş məhdudiyyəti yoxdur. Yaşı 18-dən yuxarı olan və təhsil sahəsində çalışan hər kəs peyvənd oluna bilər.
Proses yeni başlasa da uğurla həyata keçirilməkdədir. İstər pedaqoqlar olsun, istərsə də digər işçi heyyətləri könüllü olaraq vaksin olunmaq üçün tibb məntəqələrinə gəlir.
Rəsmi məlumata əsasən hazırda Gəncə şəhərində 3500-dən artıq pedaqoq çalışır. Bu siyahıya texniki işçi sayını və məktəbəqədər müəssisələrdə işləyən tərbiyəçiləri də daxil etsək təxminən beş min nəfərin peyvənd olunacağı gözləniləndir.
Bu ilin yanvarın 28-də Kəlbəcərdə həlak olan Fəthulla Siracovun atası Qasım Siracov oğluna şəhidlik statusu verilməməsindən narazıdır.
Müdafiə Nazirliyi Ağdamın İsmayılbəyli kəndindən görüntülər paylaşıb.
2021-2022-ci il payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir.