“Yaşıl Marafon” layihəsi üzrə ağacəkmə aksiyaları uğurla davam edir - FOTO

“Yaşıl Marafon” layihəsi üzrə ağacəkmə aksiyaları uğurla davam edir - FOTO
07 Apr 2021 17:55


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində ölkə üzrə kütləvi ağacəkmə aksiyaları uğurla davam edir.

Aprelin 6-də Balakən rayonunda könüllü gənclərin iştirakı ilə ərazinin torpaq-iqlim şəraitinə uyğun 850 ədəd tut ağacı əkilib.

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən layihənin əsas məqsədi yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir. 

Ümumi ekoloji vəziyyətin yaxşılaşdırılmasında, eyni zamanda, iqlim dəyişmələri ilə bağlı təsirlərin minimuma endirilməsində əvəzsiz rolu olan yaşıllıqların artırılmasına xüsusi önəm verən IDEA İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkəmizin digər rayonlarında da genişmiqyaslı ağacəkmə tədbirlərini davam etdirir.

Yaz və payız mövsümlərində ölkə üzrə 1 milyona yaxın ağac əkilməsini hədəfləyən layihə tərəfdaşları hər kəsi bu təşəbbüsə dəstək olmağa və təbiətimizin yaşıl gələcəyi naminə birləşməyə çağırır.


19 Apr 2021
Cəmiyyət

Atası Kəlbəcərdə ölən oğluna şəhid statusu istəyir

Bu ilin yanvarın 28-də Kəlbəcərdə həlak olan Fəthulla Siracovun atası Qasım Siracov oğluna şəhidlik statusu verilməməsindən narazıdır.

19 Apr 2021
Cəmiyyət

İşğaldan azad olunmuş İsmayılbəyli kəndi - FOTO/VİDEO

Müdafiə Nazirliyi Ağdamın İsmayılbəyli kəndindən görüntülər paylaşıb.

19 Apr 2021
Cəmiyyət

Səkkiz min abonentin qaz təchizatı yaxşılaşdırılır - FOTO

2021-2022-ci il payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir.

19 Apr 2021
Cəmiyyət

Ağadadaş Ağayev ağır xəstəliyə tutuldu

Xalq artisti Ağadadaş Ağayev Türkiyənin İstanbul şəhərində özəl xəstəxanalardan birinə yerləşdirilib.

19 Apr 2021
Cəmiyyət

Mayda bir həftə ictimai nəqliyyat işləməyəcək - QƏRAR

May ayında ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti bir həftəlik dayandırılacaq.