Ceyhun Bayramov Erkan Özoralı missiyasının başa çatması münasibətilə qəbul etdi

Ceyhun Bayramov Erkan Özoralı missiyasının başa çatması münasibətilə qəbul etdi
07 Apr 2021 17:19


Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Bu barədə XİN məlumat yayıb.

C. Bayramov iki qardaş ölkə arasında mövcud olan ən yüksək səviyyəli münasibətlərin inkişafında səfir qismində Erkan Özaralın rolunu məmnunluqla qeyd edərək, bu  xüsusda verdiyi töhfəyə görə ona təşəkkürünü bildirdi.

C.Bayramov Azərbaycan və Türkiyə arasında mövcud olan yüksək səviyyəli münasibətlərin səfirlərin üzərinə böyük məsuliyyət qoyduğunu bildirib.

Nazir Azərbaycandakı diplomatik fəaliyyəti müddətində səfir Erkan Özoralın bu önəmli vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəldiyini və ölkəmiz üçün tarixi bir dövrdə qardaş Türkiyənin elçisi qismində uğurla fəaliyyət göstərdiyini vurğuladı.

Səfir Erkan Özoral Azərbaycanı Türkiyədən ayırmadığını və bunun hər zaman belə olacağını bildirib.

O, Azərbaycan üçün çox önəmli bir dövrdə səfir qismində çalışmaqdan qürur hissi keçirdiyini söylədi və diplomatik fəaliyyəti müddətində ona göstərilən diqqət və əməkdaşlığa görə təşəkkürünü ifadə edib.

İki ölkə arasında səfərlər üçün viza tələbinin aradan qaldırılmasını və vətəndaşlarımızın artıq şəxsiyyət vəsiqəsi əsasında səfər edə biləcəklərini məmnunluqla vurğulayan səfir, bunu ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndirdi.

Nazir Ceyhun Bayramov Erkan Özoralın növbəti vəzifəsinin öhdəsindən də yüksək peşəkarlıqla gələcəyindən əminlik ifadə edərək, səfirə gələcək fəaliyyətində uğurlar arzu etdi.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

25 Apr 2024
Cəmiyyət

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 25 aprel - Sahibkarlar Günü ilə bağlı iş adamlarını təbrik edib.