Türkiyənin Konya bölgəsində təyyarə qəzası baş verib.
Türkiyənin Milli Müdafiə Nazirliyi (MN) qəzaya uğrayan təyyarənin “Türk ulduzları” eskadrilyasına məxsus olduğunu bildirib.
“Təlim uçuşu icra edən “Türk ulduzlarına” məxsus NF-5 təyyarəsi saat 14:15 radələrində Konyada qəzaya uğrayıb”, - deyə Türkiyə MN-dən bildirilib.
Qəza Karatay rayonunda yerləşən aviabaza yaxınlığında baş verib.
Hadisə yerinə xilasedicilər cəlb olunub.
İlkin məlumatlarda bir pilotun həlak olduğu bildirilir.
Yunanıstan və Fransa səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
İsrail peyvənd şirkətləri ilə razılaşmalar nəticəsində ümumilikdə 24 milyon doza koronavirus peyvəndi alaraq ölkə daxilində əhalisi 100 faiz vaksinasiya edilən ilk ölkə oldu.
Ermənistanın İsraildəki səfiri Armen Smbatyana qarşı ittiham irəli sürülüb.