Özbəkistanla Türkiyənin birgə layihəsi olan “Özbekistanhaber” informasiya agentliyi Azərbaycan Prezidenti İlham Əliyevi “İlin adamı” elan edib.
Mükafatın təqdimat mərasimində Özbəkistandakı diplomatik korpusun üzvləri, səfirlər, diplomatlar, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, media nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, təqdimat mərasimi Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilib.
Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Bakının Suraxanı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan” yarımstansiyasının açılışında iştirak edib.
“Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 8 aprel tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilib.
“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamında dəyişiklik edilib.