Yeni fındıq emalı fabriki istifadəyə verilir

Yeni fındıq emalı fabriki istifadəyə verilir
05 Mar 2021 17:57


Zaqatalada yeni fındıq emalı fabriki yaradılır.

İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilir ki, Azərbaycanda ixrac potensialı böyük olan və ölkəyə valyuta axınına töhfə verən kənd təsərrüfatı sahələrindən biri də fındıqçılıqdır.

Bu baxımdan yeni texnologiyalardan istifadə etməklə fındıq istehsalının artırılması, fındıq məhsullarının yeni bazarlara çıxarılması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.

Müvafiq istiqamətdə görülən işlərdən biri də müasir texnologiyalara əsaslanan fındıq emalı müəssisələrinin yaradılmasıdır. Belə müəssisələrdən biri də “Agrarco” MMC-nin Zaqatala rayonunda tikilən fındıq emalı fabrikidir.

Hazırda müəssisədə son tamamlama işləri aparılır. İldə yeddi min ton fındıq ləpəsi emal etmək gücündə olan fabrikdə 150 iş yeri olacaq.

Ümumi investisiya dəyəri 34,3 milyon manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib. Müəssisənin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

19 Apr 2024
Cəmiyyət

Kəlbəcər dağlarının əhatəsində futbol keyfi - VİDEO

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin futbol oynamaları diqqət çəkib.

19 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbara və qumbaraatan aşkarlayıblar.