Pandemiyanın bitəcəyi tarix açıqlandı

Pandemiyanın bitəcəyi tarix açıqlandı
05 Mar 2021 14:54


Dünya pandemiyanın öhdəsindən 2022-ci ilin əvvəlində gələcək, lakin bu, koronavirusun yox olacağı demək deyil.

Bu fərziyyəni Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Regional Bürosunun direktoru Hans Kluge “Die Welt” qəzetinə müsahibəsində deyib:

“Düşünürəm ki, 2021-ci il fərqli COVID ili olacaq. Ancaq indi hadisələri daha yaxşı proqnozlaşdırıb, idarə edə bilərik. 2020-ci ildə həm səhiyyə, həm də siyasətdə yalnız qeyri-müəyyənlik var idi. Bir il keçəndən sonra daha çox şey bilirik, bizim alətlərimiz, diaqnostik proqramlarımız, peyvəndlərimiz var. 2022-ci ilin əvvəlində pandemiyanın bitəcəyinə inanıram, ancaq bu virusun özünün aradan qalxacağı anlamına gəlmir”.

ÜST sözçüsü peyvənd məsələsində səbrli olmağa çağırıb:

“Başlanğıcda tələb həmişə təklifi üstələyir. Bütün planet sakinləri bir anda peyvənd edilə bilməz”.

Klugenin sözlərinə görə, Avropadakı vətəndaşların yayda peyvənd pasportlarına sahib olmaları mümkündür.

28 Mar 2024
Dünya

Tokayev Çinə səfər edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.

28 Mar 2024
Dünya

Yük gəmisinin çırpıldığı körpüdə ölənlərin sayı açıqlandı

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib.

28 Mar 2024
Dünya

Rusiyanın şərqində güclü qum fırtınası - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində, Çin-Monqolustan sərhədi yaxınlığında güclü qum fırtınası yaşanıb.

28 Mar 2024
Dünya

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

28 Mar 2024
Dünya

Fransada həyəcan təbili: Silah ehtiyatı azalır

“Fransanın raket və sursat ehtiyatı çox zəifdir”.