COVID-19 virusunun Böyük Britaniya ştammı (B.1.1.7) Avropanın 43, Cənubi Afrika variantı (B.1.351) 26, Braziliya variantı isə (P1) 15 ölkəsində aşkarlanıb.
bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun rəhbəri Hans Klüge Kopenhagendə keçirdiyi brifinqdə bildirib.
Virusun yayılmasını əngəlləmək üçün peyvəndləmənin əhəmiyyətini dilə gətirən H.Klüge bunun sayəsində əksər risq qruplarında yoluxma və ölüm hallarının artıq xeyli azaldığını qeyd edib.
“Koronavirusun regionda yayılma əmsalının yüksək olması, həmçinin yeni variantlarının sürətlə yayılması üçün test keçməyi, yoluxanların təcridini, təmasların izlənməsi işləri təkmilləşdirilməlidir”, – ÜST rəsmisi vurğulayıb.
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiya-Ukrayna əlaqələrinə münasibət bildirib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın yeni administrasiyasının “erməni soyqrımı”nı tanıyıb-tanımayacağı ehtimalı ilə bağlı sualı cavablandırıb.
Bu gün Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Belarus prezidenti Aleksandr Lukaşenko arasında baş tutan telefon danışığında Qarabağ mövzusu müzakirə edilib.