Polad Həşimovun anası şəhid ailələrinə və müharibə əlillərinə evlər təqdim etdi - FOTO

Polad Həşimovun anası şəhid ailələrinə və müharibə əlillərinə evlər təqdim etdi - FOTO
04 Mar 2021 17:33


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bu il 3 min, yaxın 5 ildə isə 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlərlə təmin ediləcək.

realpress.az xəbər verir ki, bu fikir Bakının Ramana qəsəbəsindəki yeni yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə daha 30 yeni mənzilin təqdim olunması tədbirində səsləndirilib.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri ilə yanaşı şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, “Qarabağ Qaziləri” İctimai Birliyinin üzvü Rey Kərimoğlu və başqaları iştirak ediblər.

Qeyd olunub ki, Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə qayğısı olaraq şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlərlə təminatı proqramı ildən-ilə genişlənir. Nazirlik tərəfindən həmin vətəndaşlara 2018-ci ildə 626 ədəd, 2019-cu ildə 934 ədəd, 2020-ci ildə 1572 ədəd mənzil və fərdi ev verilib. 2021-ci ildə isə 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulur ki, bu da mənzil və fərdi evlə təminat proqramının 2018-ci ilə nisbətən 5 dəfəyə yaxın genişləndiyini göstərir.

Tədbirdə S.Həşimova deyib ki, tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbələr vurulub, şəhidlərimizin qisası alınıb, qanları yerdə qalmayıb, onların yazdığı böyük tarix heç vaxt unudulmayacaq. Qəhrəman generalın anası şəhidlərimizin ailələrinin və müharibə əlillərinin hərtərəfli qayğı ilə əhatə olunması üçün dövlətimizin davamlı işlər apardığını bildirib, yeni mənzillə təmin olunanlara bu mənzillərdə firavan həyat arzulayıb.

R.Kərimoğlu qazilərimizə, şəhid ailələrinə hər zaman dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunduqlarını vurğulayıb, onlara göstərilən geniş miqyaslı dəstək tədbirlərindən bəhs edib. 

Şəhid ailələri və müharibə əlilləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər yürüşündən qürur hissi keçirdiklərini vurğulayıblar. Onların sosial təminatlarının gücləndirilməsi üçün aparılan işlərdən razılıqlarını bildiriblər. Göstərilən diqqət və qayğıya, mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.

Mənzillərdən 18-i Qarabağ müharibəsi əlillərinə, 12-i şəhid ailələrinə təqdim edilib.


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.