Ərəb ölkələrinin bir çoxunda COVID-19-a yoluxanların sayı artır

Ərəb ölkələrinin bir çoxunda COVID-19-a yoluxanların sayı artır
04 Mar 2021 14:32

Martın ilk günlərində ərəb ölkələrinin bir çoxunda COVID-19-a yoluxma və ölüm hallarının artması qeydə alınıb.

əhalinin ən çox peyvənd olunduğu Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) də yeni növ koronavirusa yoluxanların sayı azalmır. “Emirates” informasiya agentliyinin məlumatına görə, Əmirliklərdə ötən sutka 2962 yoluxma, 16 ölüm faktı qeydə alınıb. Pandemiya dövründə COVID-19-a yoluxanların ümumi sayı isə 385 min 550 nəfərə çatıb. Son sutkada BƏƏ-də 73 mindən çox insan COVID-19 əleyhinə peyvənd edilib.

Misirdə də yoluxma halları azalmır. Son sutka ərzində 577 nəfərdə yeni növ koronavirus aşkar edilib, 44 pasiyent isə vəfat edib. Misirin Səhiyyə Nazirliyi tibb personalı və yoxsullar istisna olmaqla, əhalinin qalan hissəsinin 200 Misir funtu (24 AZN) ödəməklə peyvənd ediləcəyini bəyan edib.

Əhalisinin sayı cəmi 4 milyon nəfər olan Tunisdə son sutkada 562 yoluxma, 25 ölüm faktı qeydə alınıb. Bu ölkədə indiyədək COVID-19-dan 8 mindən çox insan həyatını itirib. Sosial-iqtisadi vəziyyətin ağır olduğu Tunis hökuməti peyvəndlərin təmin edilməsi üçün BMT və inkişaf etmiş ölkələrdən yardım alacaq.

Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi son sutka ərzində bu ölkədə 331 yoluxma, 5 ölüm faktının qeydə alındığını bəyan edib. SPA informasiya agentliyinin məlumatına görə, indiyədək 1 milyondan çox insana COVID-19 əleyhinə peyvənd vurulub.

 

Oqtay Bayramov


29 Mar 2024
Dünya

Hərbi təyyarə dənizə düşdü

Sevastopol yaxınlığında hərbi təyyarə dənizə düşüb, lakin şəhərin mülki obyektlərinə ziyan dəyməyib.

29 Mar 2024
Dünya

Polşa Silahlı Qüvvələri Rusiyaya görə təyyarələri səmaya qaldırıb

Polşa Silahlı Qüvvələri Rusiya aviasiyasına görə təyyarələri səmaya qaldırdıqlarını açıqlayıb.

29 Mar 2024
Dünya

Rusiyada terror qurbanları “Crocus City Hall” yaxınlığında çiçəklərlə anılır - VİDEO

Rusiyanın Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert zalında baş verən hadisədən bir həftə keçir. İnsanlar terror qurbanlarını anmaq üçün hələ də “Crocus” yaxınlığına gül gətirirlər.

29 Mar 2024
Dünya

ABŞ husilərin PUA-larını məhv edib

ABŞ Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının üsyançılarına məxsus dörd pilotsuz uçuş aparatını (PUA) məhv edib.