“Düşünürəm ki, kütləvi vaksinasiya bizim məktəblərin əyani tədrisə keçidini daha da sürətləndirəcək”.
realpress.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.
Onun sözlərinə görə, ilkin olaraq yaşı 50 və daha yuxarı olan pedaqoji və texniki heyətin vaksinasiyasına start verilib:
“Bizim 50 yaşdan yuxarı təxminən 20-minə yaxın pedaqoji və texniki işçimiz var ki, onlar vaksinasiya prosesindən keçəcəklər”.
İdarə müdiri əlavə edib ki, Bakı şəhəri üzrə beş məktəb məntəqə kimi təyin edilib:
“Məqsəd məktəblərin tədris prosesindən ayrılmadan peyvənd olmasına şərait yaratmaqdır”.
Ramiz Mehdiyev AMEA-nın İşlər idarəsinə müvəqqəti olaraq müdir təyin edib.
AMEA-nın prezidenti Ramiz Mehdiyev iclasda qurumun İşlər idarəsinin müdiri Elton Məmmədovu sərt tənqid edərək, onun işdən azad olunduğunu bildirib.
“Suqovuşan 1”i və “Suqovuşan 2”ni bir həftəyə Sizin ali diqqətinizə təqdim edəcəyəm, hazırdır, işə salmışıq, test gedir”.