Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı həmkarı David Zalkaliani ilə birgə mətbuat konfransı keçirib.
“Haber Global” məlumat verir ki, M.Çavuşoğlu mətbuat qarşısında çıxış edərək Azərbaycanın təklif etdiyi “3+3” platforması barədə danışıb.
Türkiyənin XİN başçısı bildirib ki, “3+3” platformasının məqsədi regionda sülhü dayanıqlı etmək və logistik, iqtisadi, enerji sahələrində layihələrlə bağlı addımlar atmaqdır.
M.Çavuşoğlu Cənubi Osetiya və Abxaziya problemləri ilə bağlı Gürcüstanın mövqeyinə hörmətlə yanaşdıqlarını bildirirək çoxtərəfli formatda danışıqların bu ölkə üçün faydalı ola biləcəyini dilə gətirib.
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qara dənizdə baş verən siyasi hadisələrlə bağlı danışıb.
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiya-Ukrayna əlaqələrinə münasibət bildirib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın yeni administrasiyasının “erməni soyqrımı”nı tanıyıb-tanımayacağı ehtimalı ilə bağlı sualı cavablandırıb.