Heydər Əliyev Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən qazimizdən xəbər var - FOTO

Heydər Əliyev Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən qazimizdən xəbər var - FOTO
03 Mar 2021 16:09


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən müayinə, müalicə və reabilitasiya üçün Türkiyəyə yola salınan II Qarabağ müharibəsinin daha bir iştirakçısı, qazi Rəvan Əzizovun Kocaelidə müalicəsi davam edir.

“Anadolu” agentliyi Ermənistan silahlı qüvvələri tərəfindən minaatan hücumunda ağır yaralanan 19 yaşlı qazimizin müalicə və reablitasiya prosesindən məlumat verib.

Qolları və ayaqları iflic olan qazimiz İzmit rayonunda müalicə aldıqdan sonra sağalaraq vətənə dönəcəyi günü səbirsizliklə gözləyir:

“Burada müalicəm çox yaxşı gedir. Bizə çox yaxşı baxırlar. Qazi olduğumuza görə böyük hörmət göstərirlər. Bu, bizi sevindirir. Özümüzü tənha deyil, ölkəmizdəki kimi hiss edirik. Xəstəxana işçilərinə, həkimlərə və tibb bacılarına təşəkkür edirəm”.

“Dostlarımız şəhid olanda özümüzü itirmirdik. Belə olmasa idi, oradaca ölə bilərdik. Çox ağrılı olsa da insan bunlara öyrəşir”, - Əzizov deyib.

Torpağının azadlığı uğrunda mübarizə aparmaqdan qurur duyduğunu deyən qazi Türkiyə və Azərbaycanın qardaş ölkə kimi bir-birlərinə dəstək olmağa davam edəcəklərini vurğulayıb.

Romatem Kocaeli Xəstəxanası Fiziki Tibb və Reabilitasiya mütəxəssisi, doktor Esra Mustafa isə dost və əziz ölkə Azərbaycandan olan igid qaziləri müalicə etməkdən çox şərəf duyduqlarını bildirib.

O, xəstənin boyun və kürək nahiyələrindən güllə yarası aldığını deyib:

“Xüsusilə fizioterapevtlə robot müalicələri və digər növ müalicələr planlaşdırdıq. Ozon terapiyası dəstəyi veririk. Müalicə müddətimiz sağlamlığımız irəlilədikcə azalacaq. Ümidimiz böyükdür, çalışırıq”.


25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

25 Apr 2024
Cəmiyyət

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 25 aprel - Sahibkarlar Günü ilə bağlı iş adamlarını təbrik edib.